Fransada Le Pen və Macron ikinci turda yarışacaq
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Fransada Prezident seçkisinin ilk turunun ilkin nəticəsinə görə, Yürüş Hərəkatının lideri Emmanuel Macron ilə həddindən artıq sağçı Milli Cəbhə Partiyasının lideri Marine Le Pen ikinci tura qalıblar.
"Marja" xəbər verir ki, ölkədə 11 namizədin yarışdığı prezident seçkisinin ilk tur səsverməsi, yerli vaxtla saat 20.00-da başa çatıb.
"France 2" ictimai televiziya kanalının verdiyi məlumata görə heç bir namizəd, Prezident seçilmək üçün ilk turda lazım olan 50 faiz səs çoxluğunu yığa bilməyib.
Macron səslərin 23,7%-ini alaraq seçkidən birinci çıxıb. Le Pen də 21,7%-lik səs nisbəti ilə ikinci olub. Mərkəz sağdakı Respublikaçılar Partiyasının namizədi Fransua Fillon və ifrat solçu namizəd Jean-Luc Melenchon isə hər biri 19,5% səs yığıblar.
İlk turda ilk iki yeri qazanan Macron və Le Pen, 7 Mayda keçiriləcək ikinci tur səsvermədə yarışacaqlar. Aparılmış başqa bir sorğuya görə, Yürüş Hərəkatının lideri Emmanuel Macron, ikinci turda seçicilərin 62%-nn səsini yığaraq prezident ola bilər.
İlk tur seçkisinin rəsmi nəticələri Konstitusiya Şurası tərəfindən 26 Aprel Çərşənbə gününə qədər açıqlanması gözlənilir.
İkinci turda qazanan namizəd, 14 Maya qədər Prezident Fransua Hollanddan vəzifəni təhvil alacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























