Nazir, bank və şirkət sədrləri “Açılış zəngi” mərasiminə qoşulacaqlar
"PAŞA Bank" müştərisi olan “AzerGold” QSC-yə aid istiqrazlar Bakı Fond Birjasında tədavülə buraxılır.
Marja xəbər verir ki, ölkə iqtisadiyyatı üçün əlamətdar olan bu hadisə xüsusi mərasim ilə qeyd ediləcək. Mərasimə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və emitent “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənindən, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktoru Ceyhun Hacıyev və “PAŞA Bank” ASC-nin Baş icraçı direktoru Taleh Kazımov Bakı şəhərindən birbaşa canlı bağlantı vasitəsilə qoşulacaqlar.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə, ümumi dəyəri 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan və birinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
24 sentyabr saat 10:25-də baş tutacaq “Açılış zəngi” mərasimini canlı izləmək üçün keçid: https://bit.ly/2FRg2v6
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
16 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
17 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli süni intellekt məhsulu sozly.ai istifadəyə verildi
"İran Trampı öldürməyə çalışır"
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
Ən çox oxunanlar
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir




















