Azərbaycanda su sızmaları haqqında məlumat verən mobil tətbiq yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC BMT-nin İnkişaf Proqramı və “IDEA” İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılan “Hydro Heroes” mobil tətbiqinin hazırlanmasına texniki dəstək göstərib.
“Azcloud“ bulud infrastrukturu əsasında yaradılmaqda olan “Hydro Heroes” mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirəcək.
Bu mobil tətbiq insanların su sızmaları haqqında məlumatları öz telefonları vasitəsilə birbaşa məişət su təchizatı şirkətlərinə bildirməsinə imkan verir, eyni zamanda suyun qənaətlə istifadəsi haqda faydalı məlumatlarla təmin edir.
Qeyd edək ki, “Azcloud” bu layihə üçün infrastrukturu təmənnasız olaraq bir il müddətinə təqdim edir.
“AzInTelecom”un data mərkəzi nəzdində fəaliyyət göstərən və Azərbaycanda bulud texnologiyaları üzrə ilk şirkət olan “Azcloud” rezervlənmə, arxivləşdirmə, videokonfrans, təhlükəsizlik, virtual ip telefoniya kimi xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 11 d. əvvəl
-
25 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"



























