İri banka İnformasiya Təhlükəsizliyi üzrə Auditor tələb olunur
“Kapital Bank” ASC-yə Nəzarət departamentində Informasiya Təhlükəsizliyi üzrə Auditor (Manager) tələb olunur.
Ümumi məlumat
Kapital Bank namizədləri Nəzarət departamentində İnformasiya Təhlükəsizliyi üzrə Auditor (Manager) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
-İnformasiya təhlükəsizliyi üzrə daxili audit yoxlamalarını planlaşdırmaq, həyata keçirmək və hesabatlar hazırlamaq;
-İnformasiya sistemləri və prosesləri üzrə zəifliklikləri müəyyənləşdirmək və təhlükəsizlik pozuntularının qarşısını almaq üçün tədbirlər planını inkişaf etdirmək;
-Bank üzrə İT risklərinin idarə edilməsi sistemini inkişaf etdirmək;
-Requlyator tələblərin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək;
-İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
-İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin təkmilləşdirməsi üçün təkliflər vermək;
-Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək;
-Yeni layihə və təşəbbüsləri, həmçinin, digər struktur bölmələrdən daxil olmuş sorğuları informasiya təhlükəsizliyi baxımından təhlil etmək;
-İnformasiya təhlükəsizliyi işində tətbiq olunan müasir üsullar və sistemlərlə tanış olmaq, onları təhlil etmək və bunlarla bağlı şöbə rəisi və ya onu əvəz edən şəxs qarşısında təkliflərlə çıxış etmək, lazım olan təqdirdə bu yenilikləri şöbənin işində istifadə etmək.
Tələblər
-Ali təhsil;
-İnformasiya Təhlükəsizliyi, İT və ya İT audit sahəsində minimum 3 il iş təcrübəsi.
-Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
-Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
-Yüksək üsniyyətqurma qabiliyyəti;
-Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
-Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 24 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
51 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























