Expressbank aztəminatlı ailələri biznes sahiblərinə çevirir!
(®️) Ölkə başçısının həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) özünüməşğulluğunun təşkili layihəsinə Expressbank-ın dəstəyi davam edir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə Expressbank-ın birgə layihəsi çərçivəsində bu günədək 10-dan artıq şəxs aztəminatlı ailə kateqoriyasından yeni biznes sahiblərinə çevriliblər.
Bu günlərdə Expressbank-ın təmənnasız yardımı sayəsində daha bir neçə soydaşımız həyatlarında yeni səhifə açaraq sahibkara çevrilmişlər. Balabəyov Şöhrət Callat oğlu, Cəlilov Vüqar Ənvər oğlu, Poladov Savalan Ağarəhim oğlu məhz həmin şanslı insanlar sırasındadırlar. Dülgərlik peşəsi üzrə biznesə başlayan hər 3 şəxsə işlərində uğurlar və işlərinin rahat getməsini arzulayırıq.
Əminik ki, bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyicilərinin çoxalmasına xidmət edəcəkdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 d. əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 d. əvvəl
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























