AccessBank yeni biznes modelin tətbiqinə keçir
Bu gün informasiya texnologiyaları sürətlə inkişaf edir. Onların hər sahədə geniş istifadəsi və inkişafı yeni tendensiyalar yaradır və bazar şərtlərini dəyişdirir, bu isə, ölkənin kommersiya banklarından yeni yanaşmanı və biznes-modellərin hazırki vəziyyətə uyğunlaşdırılmasını tələb edir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, AccessBank yeni tendensiyaları nəzərə alaraq bugünkü reallıqlara uyğunlaşmaq üçün bir sıra tədbirlər görüb. Bank beynəlxalq məsləhətçilərlə birlikdə öz fəaliyyətinin müxtəlif istiqamətlərini ətraflı şəkildə təhlil edərək yeni şərtlərə uyğunlaşdırılmış biznes strategiyanı tətbiq etməyi qərara alıb. Bu strategiya biznes modelinin təkmilləşdirilməsini və distant xidmət kanallarının inkişaf etdirilməsini nəzərdə tutur - bu isə, öz növbəsində, göstərilən xidmətlərin keyfiyyətini və sürətini daha da artıracaq.
Yeni biznes modelinə uyğun olaraq Bank rəqəmsal bankçılığı inkişaf etdirərək daha aktiv tətbiq edəcək.
"Bank tərəfindən aparılan müştəri davranışının təhlili göstərdi ki, myAccess onlayn bankinq xidmətinin istifadəçiləri əhəmiyyətli dərəcədə artıb. İstifadəçilərin rəyinə görə bütün müasir tələblərə cavab verən myAccess təhlükəsizliyi ən yüksək səviyyədə təmin edir, geniş funksionala malikdir və istifadədə çox rahatdır. Təqdim etdiyi onlayn xidmətlərə dəstək məqsədilə Bank bu yaxınlarda ən yeni texnologiyalara uyğun şəkildə işlənib hazırlanmış və artıq müştərilərin rəğbətini qazanmış myAccess mobil tətbiqini istifadəyə verib. Qeyd edək ki, Bank güclü İT infrastrukturuna malikdir və distant xidmət kanallarını genişləndirmək üçün İT sahəsində yüksək ixtisaslı mütəxəssisləri və beynəlxalq ekspertləri cəlb etməkdə davam edir",- məlumatda deyilir.
Onlayn bankçılığın populyarlığının artması və qanunvericilikdə baş verən son dəyişikliklər nəticəsində nağdsız ödənişlərin sayı artır. Müştərilərin əksər hissəsi bank əməliyyatlarını filiallara gəlmədən həyata keçirirlər. Bank bu amilləri nəzərə alaraq öz filial şəbəkəsində bəzi təkmilləşdirici prosesləri həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir.
Müştərilərin tələbatlarını və hal-hazırda yalnız pərakəndə xidmətlər göstərən bəzi filialların əməliyyat zonalarının potensialını nəzərə alaraq, onların tam çeşidli bank xidmətləri göstərən xidmət mərkəzlərinə çevrilməsi planlaşdırılır. Həmçinin, korporativ bankçılığı fəal şəkildə inkişaf etdirmək məqsədi ilə Bank korporativ müştərilərə xidmət göstərilməsi sahəsində ixtisaslaşan filiallar yaratmaq niyyətindədir. Bu yolla, Bank müştərilərin etimadını doğruldaraq onlar üçün maksimal rahatlığı təmin edəcək.
Bütövlükdə, yeni təkmilləşdirilmiş biznes modeli AccessBank-a öz əməliyyat effektivliyini artırmağa və ölkənin ən əlverişli, etibarlı və maliyyə cəhətdən sabit banklarından biri kimi öz mövqeyini daha da möhkəmləndirməyə kömək edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
-
5 saat əvvəl
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
-
5 saat əvvəl
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
Ən çox oxunanlar
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
"Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi












.jpg)












