Abşeron Logistika Mərkəzi ISO 45001 və ISO 14001 beynəlxalq sertifikatlarına layiq görüldü
Abşeron Logistika Mərkəzi fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun olaraq davam etdirir.
Mərkəzdən Marja-ya daxil olan məlumatda bildirilir ki, bu il ərzində Abşeron Logistika Mərkəzi “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə ISO 45001 və “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə ISO 14001 beynəlxalq standartların tələbləri çərçivəsində daxili normativ bazanı daha da təkmilləşdirmiş, bütün fəaliyyət sahələri, əməyin mühafizəsi və təhlükəsizlik üzrə risklər, ətraf mühit aspektlərini qiymətləndirmiş, təsirlərin minimuma endirilməsi istiqamətində tədbirlər planı həyata keçirmişdir. Təhlükəsizlik tələblərinə uyğun olaraq yoxlama-nəzarət qrafikləri hazırlanmış və onların icrası təmin edilmişdir. İşçilərin təhlükəsizlik tələbləri üzrə məlumatlılıq səviyyəsinin artırılması üçün nəzəri və təcrübi təlimlər keçirilmişdir.
Böyük əməyin nəticəsi olaraq avqust ayında “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən keçirilmiş audit nəticəsində mərkəz ISO 14001, ISO 45001 beynəlxalq sertifikatlara layiq görüldü.
Onu da qeyd etmək istərdik ki, Abşeron Logistika Mərkəzi ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq sertifikata da sahibdir. Mərkəzin fəaliyyəti ISO 9001, ISO 45001, ISO 14001 beynəlxalq standartların tələbləri çərçivəsində təmin edilir.
Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara cavab verən logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, anbar, nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə müştərilərə yüksək səviyyəli və operativ xidmət göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Dövlət Neft Fondu ilə “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 4 saat əvvəl
-
4 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























