Azərbaycanın 6 aylıq qeyri neft-qaz məhsulları ixracı 1 milyard dollara çatmadı
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 155 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 750,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6 milyard 760,7 milyon dollarını və ya 57,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 989,5 milyon dollarını (42,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 771,2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,3 faiz, real ifadədə 20,5 faiz, o cümlədən idxal 42,8 faiz, ixrac isə 4,6 faiz azalmışdır.
2020-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,9 faiz, real ifadədə isə 14,0 faiz azalaraq 911,9 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 32,0 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, 4,2 faizini İsrailə, 3,7 faizini Hindistana, hər biri 3,2 faiz olmaqla Yunanıstan, Çin və Xorvatiyaya, 3,1 faizini Gürcüstana, 3,0 faizini Ukraynaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Vyetnam, Portuqaliya və İspaniyaya, 11,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,6 faiz), Türkiyəyə (19,4 faiz), İsveçrəyə (10,5 faiz), Gürcüstana (8,4 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (1,0 faiz), ABŞ-a (0,9 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,8 faizi Türkiyə, 13,3 faizi Çin, 8,1 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,3 faizi Ukrayna, 4,1 faizi İtaliya, 2,8 faizi İran, 2,7 faizi Birləşmiş Krallıq, 1,9 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 20,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar-iyun aylarında 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4,3 faiz, kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 3,8 faiz, bitki yağları – 1,8 dəfə, çay – 0,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 52,1 faiz, polietilen – 39,8 faiz, qara metallardan borular – 1,8 dəfə, bentonit gili – 5,2 faiz artmış, təzə meyvə ixracı isə 24,5 faiz, şəkər – 25,9 faiz, tütün – 25,9 faiz, meyvə və tərəvəz konservləri – 0,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 52,2 faiz, pambıq lifi – 18,4 faiz, pambıq ipliyi – 22,0 faiz, emal olunmamış alüminium – 5,8 faiz azalmışdır.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında təzə meyvə idxalı 15,0 faiz, bitki yağları – 10,1 faiz, xam şəkər və şəkər – 11,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 34,5 faiz, çay – 10,0 faiz, mal əti – 29,4 faiz, quş əti və onun əlavə məhsulları – 2,1 faiz, təzə tərəvəz – 26,4 faiz, minik avtomobilləri – 29,2 faiz, dərman vasitələri – 1,7 dəfə, polad prokatı – 10,5 faiz, qara metallardan çubuqlar – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 23,1 faiz, məişət soyuducuları – 39,2 faiz artmış, buğda idxalı isə 37,8 faiz, kartof – 0,8 faiz, siqaretlər – 80,1 faiz, qara metallardan borular – 13,5 faiz, mineral gübrələr – 3,4 faiz, rezin şinlər – 14,4 faiz, məişət kondisionerləri – 24,7 faiz, mebellər – 23,2 faiz, yük avtomobilləri – 15,6 faiz, polietilen – 14,8 faiz, paltaryuyan maşınlar – 4,8 faiz, qara metallardan künclüklər – 7,0 faiz, avtobuslar – 24,8 faiz, sement və sement klinkerləri – 92,1 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
8 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
8 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
9 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















