"Şirkətimin vəziyyəti günü - gündən pisləşir"
Artıq 6 aya yaxındır Türkiyədə həbsxanada olan azərbaycanlı iş adamı Mübariz Mənsimov "Palmali" Şirkətlər qrupunun vəziyyətinin pisləşdiyini bildirib.
Marja xəbər verir ki, bu barədə İnstagram səhifəsində Mübariz Mənsimov özü məlumat verib.
"Sentyabtın 15-də məhkəmə gözlənilir. Hər gün aldığım məlumatlardan görürəm ki, şirkətimin vəziyyəti günü-gündən pisləşir. Dənizdə olan kapitan və gəmi heyətləri, ailələri olduqca çətin günlər yaşayır. Dəstək verdiyim insanlara aylıq yardımlar dayandırılıb, tələbələrə verdiyim burslar durdurulub. Maddi və mənəvi çətinliklər günü-gündən artır. Buna görə Sizlərdən üzr istəyirəm. Yanınızda ola, dəstək verə bilmirəm“, - iş adamı yazıb.
Mübariz Mənsimov layiq olmadığı bir yerdə saxlanıldığını, yalançı ifadələr ilə ona ağır iftiradlar atıldığını qeyd edib:
"Mən bir daha bəyan edirəm ki, mən, Mübariz Qurbanoğlu Mənsimov, heç bir zaman nə Türkiyə, nə də Azərbaycan dövlətinə xəyanət etmişəm. Vətənim Azərbaycan və Türkiyəm üçün çanımdan keçməyə hazır olan biriyəm, bununla hər zaman qürur duydum və hər zaman sinəmə döyərək dedim. Mən həmişə hər iki dövlətin yanında olmuşam. Əlimdən gəldiyi qədər də, bir iş adamı olaraq, etmişəm. Allah nəsib etsin, bundan sonra da edərəm“.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























