Yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq - Ekspert

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlət şirkətlərinin işinin ciddi təftiş edilməli olduğunu bildirib. Dövlət başçısı həmçinin yeni idarəetmə sisteminin qurulması tapşırığını verib.
Yeni idarəetmə sisteminin yaradılması məsələsi ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda bir sıra dövlət müəssisələrində əsas problemlərdən biri korporativ idarəetmə modellərinin zəif tətbiqidir:
"Dövlət şirkətlərində idarəetmədə şəffaflığın, ictimai iştirakçılığın olmaması, kənar nəzarətin zəif təşkili və hesabatlılığın aşağı olması əsas problemlərdəndir. Yeni idarəetmə sisteminə keçiddə mühüm məsələ dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulmasıdır. Prosesə özəl sektorun cəlb olunması şəffaflaşma və vəsaitlərin idarəedilməsində səmərəlilik prinsiplərini yüksəldir. Çünki nəzərə almaq lazımdır ki, dövlət vəsaitləri kiminsə vəsaiti deyil və şəxsi maraqlar istiqamətində yönləndirilib, istifadə olunmamalıdır. Özəl sektor posesə daxil olanda isə çalışır ki, maliyyə-təsərrüfat fəaliyyəti və xərclər şəffaflaşsın, qurum daha effektiv formada idarə olunsun, gəlirliyi təmin edilə bilsin. Bu da qurumun mənfəətinin artımına, idarəetmənin təkmilləşməsinə gətirib çıxarır".
Ekspert bildirib ki, yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq:
"Tenderlərdə idarəetmənin himayədarlıq prinsipi ilə qaliblərin müəyyənləşdirilməsi, süni şirkərlərin yaradılması geniş təcrübədir. Son nəticədə, icraçıya daha az vəsaitin ödənilməsi və layihənin daha keyfiyyətsiz həyata keçirilməsi, dövlət vəsaitlərinin isə havaya sovrulması baş verə bilir. Özəl sektorun prosesə daxil olması bu istiqamətdə də rəqabəti artıracaq. Çünki özəl sektor öz maraqlarını müdafiə edəcək, dövlətin vəsaitinin kimlərinsə maraqları istiqamətində istifadə olunmasına imkanları məhdudlaşdıracaq. Bu da müəssisənin mənfəətlə işləməsinə, özəl sahibkarlığın yaxşılaşmasına, iqtisadi subyektlərin daha ədalətli formada iştirakına şərait yaradacaq".
©️ Mediapost
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 38 d. əvvəl
- 41 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
