ARDNF-in hesbatında bədbin proqnoz - "Əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər"
2019-cu ilin sonlarından Çində başlayan yeni növ COVID-19 (koronavirus) xəstəliyi hökumət tərəfindən karantin rejiminin tətbiq edilməsi, bəzi layihələrin dayandırılması və bizneslərin bağlanması ilə nəticələnmişdir. Dünya bazarlarında hökm sürən iqtisadi şərait Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) fəaliyyətində bir sıra çətinliklər yaratmışdır.
Marja xəbər verir ki, bu, Dövlət Neft Fondunun 2019-cu il üzrə illik hesabatında bildirilir.
Qeyd edilib ki, hal-hazırda xam neftin qiymətlərinə olan cari tələb dəyişkənliyi Fondun biznes məqsədlərini həyata keçirmək qabiliyyətinə təsir göstərir. Bu təsirlər COVID-19 pandemiyasının təsir etdiyi belə bazarlarda və xam neftin qiymətlərində ciddi qeyri-sabitlik fonunda özünü daha aydın biruzə verir.
“Xam neftin qiymətlərinin qeyri-sabit olması cari və növbəti maliyyə dövrlərində Fondun aktivlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər”,- Hesabatda deyilir.
Fondun üzləşdiyi başqa bir məsələ digər suveren fondlar kimi, Fondun birjada kotirovka olunan səhmlərdən ibarət olan investisiya portfelinin qısamüddətli qiymət dəyişkənliyindən yaranan müvəqqəti zərərə məruz qala bilməsidir. Fondun investisiya siyasətində yuxarıda qeyd olunan risklərin azaldılması üçün nəzərdə tutulan bir neçə vacib mexanizmlər mövcuddur. Belə ki, Fondun investisiya portfelinin 70%-ə qədərini yüksək likvidli investisiyalar, o cümlədən borc öhdəlikləri və pul bazarları alətləri təşkil edir. Bundan əlavə, investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, ümumiyyətlə, bu aktivlər bazar dəyişkənliyi və qeyri-müəyyənlik dövründə daha etibarlı alətlər hesab olunurlar.
“Fond bazarın vəziyyətini yaxından izləyir və bazar vəziyyəti ilə bağlı öz mövqeyini qiymətləndirməkdə davam edir. Sürətlə dəyişən bazar vəziyyətinə qarşı tək yumşaltma tədbiri kifayət etməyəcəyi halda, Fond diqqətlə hazırlanmış və ölçülmüş yanaşmasını davam etdirmək niyyətindədir. Pandemiyanın uzun müddət davam edəcəyi halda, Fondun əməliyyatlarına təsir göstərib-göstərməməsi hazırda məlum deyil. Fond maliyyə resurslarının pandemiya dövründə yetərli olacağını hesab edir”.
Həmçinin oxu
Dövlət Neft Fondu xalis mənfəətini açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)

