Dövlət Neft Fondu daşınmaz əmlaka investisiyalarını artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu ilin sonuna daşınmaz əmlak portfelinin bazar dəyəri (bank hesabları daxil olmaqla) 2 milyard 708 milyon 720 min ABŞ təşkil edib.
Bu barədə ARDNF-in 2019-cu il büdcəsinin icrası ilə bağlı illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilir.
Məlumata əsasən, 2018-ci ilin sonuna bu göstərici 2 milyard 142 milyon 393 min dollar təşkil edirdi.
Rəyə qeyd edilir ki, 2019-cu ildə daşınmaz əmlak altportfelinə xalis investisiyaların həcmi 406,6 milyon dollar olub. Hesabat dövrü məzənnə fərqi nəzərə alınmadan daşınmaz əmlak üzrə gəlirlər 169 milyon 271min dollar, məzənnə fərqindən yaranan zərər isə 9 milyon 541 min dollar təşkil edib.
"Daşınmaz əmlak üzrə gəlirlilik səviyyəsinin ötən ilə nisbətən aşağı olmasını, habelə daşınmaz əmlakları idarə edən törəmə müəssisələr üzrə nəzarət mexanizminin daha da təkmilləşdirilməsini və bir sıra potensial risk parametrlərini də nəzərə alaraq, Fond tərəfindən daşınmaz əmlaka investisiyaların idarə edilməsinin müvafiq istiqamətlər üzrə daha da optimallaşdırılmasını şərtləndirmişdir", - rəydə bildirilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
-
10 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
11 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 10-da gözlənilən hava şəraiti
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Ən çox oxunanlar
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb























