Azərbaycanın böyük tibb müəssisəsi ardıcıl 3 ildir zərər edir
3 ildə cəmi zərər 17 milyon 793 min manat təşkil edirBakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi 2019-cu ili 6 milyon 381 min manat xalis zərər ilə başa vurub. Mərkəz 2018-ci ili 6 milyon 578 min manat zərər ilə bağlamışdı. Beləliklə, ötən il Mərkəzin zərəri cüzi azalıb.
GƏLİRLƏRİ XƏRCLƏRİNƏ KİFAYƏT ETMİR
“Marja” Mərkəzin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 9 milyon 884 min manat cəmi xərcləri isə 16 milyon 265 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Mərkəzin cəmi gəlirləri 28 milyon 926 min manat, cəmi xərcləri isə 35 milyon 504 min manat təşkil etmişdi.
2017-ci ildə isə Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 7 milyon 113 min manat, cəmi xərcləri isə 11 min 947 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən Mərkəzin 4 milyon 834 min manat xalis zərəri yaranmışdı.
AKTİVLƏRİ AZALIB
31 Dekabr 2019-cu il tarixində Bakı Sağlamlıq Mərkəzi 62 milyon 930 min manat cəmi aktivlərə malik olub. Mərkəz 2018-ci ilin sonunda 6 milyon 928 min manat cəmi aktivlərə malik idi.
2014-cü ilin Yanvar ayında Azərbaycanın ən böyük tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilib. Açılış zamanı bildirilmişdi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)









