Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edildi
Baş Prokurorluqdan Marja-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılmışdır.
Bununla əlaqədar həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.
Həmçinin, istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanmışdır.
Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunmuşdur.
Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
12 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
12 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
12 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
12 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"
























