PAŞA Bankdan Azərbaycanda ilk maliyyələşmə sövdələşməsi!
Sövdələşmə ölkədə istehsal olunan fındığın ixracının maliyyələşdirilməsini təmin etmişdirÖlkənin aparıcı korporativ bankı PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq “Eksport Faktorinq” məhsulu vasitəsilə maliyyələşmə sövdələşməsini həyata keçirmişdir.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Factoring Chain International (FCI) beynəlxalq qurumunun platforması üzərindən icra edilən sövdələşmə ölkədə istehsal olunan fındığın ixracının maliyyələşdirilməsini təmin etmişdir. PAŞA Bank tərəfindən ölkə üzrə həyata keçirilmiş ilk Beynəlxalq Faktorinq əməliyyatı Respublikanın aqrar sənayesinin inkişafına öz töhfəsini vermişdir.
“Eksport Faktorinq” məhsulunun üstünlüyü mal və məhsulların xarici ölkələrə ixracının maliyyələşdirilməsi üçün vəsaitin ayrılmasına görə Müştəridən girovun tələb edilməməsi, bütün prosesin onlayn rejimdə vahid platforma üzərindən sürətli şəkildə həyata keçirilməsindən ibarətdir.
Qeyd olunmalıdır ki, PAŞA Bank 2015-ci ildən etibarən Factoring Chain International qurumunun üzvüdür və Beynəlxalq qurumun üzvü olaraq ixrac və idxal üzrə “Beynəlxalq Faktorinq” məhsullarını təqdim etməklə müxtəlif biznes sahələrinə dəstək göstərir. Belə ki, FCI qurumuna Dünya üzrə 90 ölkədən 400-ə yaxın bank və faktorinq şirkətləri üzv olduğunu nəzərə alaraq, PAŞA Bankın Müştəriləri “Beynəlxalq Faktorinq” məhsullarının köməyi ilə ölkə xaricində fəaliyyət göstərən partnyorları ilə girovsuz, daha rahat və səmərəli şəkildə bizneslərini idarə etmək və bütün əməliyyatlara onlayn şəkildə nəzarət etmək imkanını əldə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















