8 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 7-nin bu ilin I rübündəki xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Rabitəbank", "PAŞA Bank", "Naxçıvan Bank", "Günay Bank", "Xalq Bank", "Zıraat Bank Azərbaycan" və "Bank Respublika"dır.
Ən yüksək dinamika "Rabitəbank"da (222,9 dəfə), ən aşağı dinamika isə "Bank Respublika"da (21,3%) qeydə alınıb.
8 bankın - "Yelo Bank", "Bank Avrasiya", "NBC Bank", "AFB Bank", "Bank BTB", "Muğan Bank", İran Milli Bankının Bakı filialının və "Bank of Baku"nun isə xüsusi ehtiyatlara ayırmaları illik müqayisədə az olub. Ən çox azalma "Bank of Baku"da (99,3%), ən az azalma isə "Yelo Bank"da (7%) qeydə alınıb.
4 bankın - "Premium Bank", Pakistan Milli Bankının Bakı filialı, "AGBank" və "Bank VTB Azərbaycan"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Bu baxından ən yüksək dinamika "Premium Bank"da (12,2 dəfə), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (27,6%) qeydə alınıb.
1 bankın - "Turan Bank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb - 90,8%.
6 bank - "Access Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "Express Bank" "Kapital Bank" və "Unibank" bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatlar üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 2 bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Yapı Kredi Bank Azərbaycan" isə bu ilin I rübündə xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə isə vəsait ayırıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
11 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 11-i bu ilin I rübündə xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Turan Bank", "Azər-Türk Bank", "AGBank", "Azərbaycan Sənaye Bankı", "Access Bank", "Unibank", "Express Bank", "Premium Bank", "Bank VTB Azərbaycan" və "Kapital Bank"dır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlar üzrə ayırmalara müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (10,573 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (3 min manat) qeydə alınıb.
Qalan 17 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"nda (24 milyon 580 min manat), ən aşağı göstərici isə "Bank of Baku"da (81 min manat) qeydə alınıb.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər












.jpg)




