Kontakt Home Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək oldu - MƏBLƏĞ
Cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən Kontakt Home bu dəfə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıb.
Ayrılan vəsait qlobal infeksiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində aparılacaq mübarizə tədbirlərinin həyata keçirilməsinə xərclənəcək.
“Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmini dövlətimizin əsas prinsiplərindəndir. Bu prinsiplərin qorunması təkcə hökümətin deyil, eyni zamanda özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir. Biz bunu şirkətimizin Korporativ Sosial Məsuliyyətinin ayrılmaz parçası kimi görürük. Bütün sahibkarları da pandemiya ilə mübarizədə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na dəstək olmağa çağırırıq” - deyə Kontakt Home-un İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.
Qeyd edək ki, Kontakt Home pandemiyaya yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























