Bankların kart satışları artır
2020-ci ilin Yanvar ayı ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 39 min ədəd artıb
2020-ci ilin Yanvar ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 713 min ədəd təşkil edib.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə Yanvarda cəmi ödəniş kartlarının sayı 447 min ədəd artıb. Kartların sayında artımın böyük hissəsi fermer kartlarının verilməsi ilə əlaqədardır. Belə ki, Yanvarda sosial kartların sayı 324 min ədəd artaraq 2 milyon 707 min ədədə yüksəlib. Qeyd edək ki, fermer kartları sosial kart hesab edilir.
Yanvarda əməkhaqqı kartlarının sayı 39 min ədəd artaraq 2 milyon 355 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 53 min ədəd artaraq 1 milyon 822 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq 829 min ədədə çatıb.
Diqqəti çəkən son 3 ayda kredit kartlarının sayının 78 min ədəd artmasıdır.
2019-cu ilin Yanvar ayı ilə müqayisədə isə (12 ayda) cəmi ödəniş kartlarının sayı 1 milyon 163 min ədəd, o cümlədən, əmək haqqı kartlarının sayı 302 min ədəd, sosial kartların sayı 187 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartların sayı isə 718 min ədəd artıb, kredit kartlarının sayı isə 44 min ədəd azalıb.
Qeyd edək ki, əməkhaqqı kartlarının sayındakı artıma işçilərin rəsmiləşdirilməsi üzrə həyata keçirilən tədbirlər təkan verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 27 d. əvvəl
- 28 d. əvvəl
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ən çox oxunanlar
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)






.jpg)





