PAŞA Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa dair memorandum imzaladı
(®) Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank daha bir uzunmüddətli əməkdaşlığa imza atır.
Belə ki, PAŞA Bankla Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Müasir təhsil (elm) proqramlarının həyata keçirilməsi sahəsində birgə əməkdaşlıq, tələbələrin Bankda təcrübə keçməsi tərəflər arasında əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən olunub.
Müqaviləni PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imzalayıblar.
İmzalama mərasimində PAŞA Bankın və Bakı Ali Neft Məktəbinin müxtəlif şöbələrinin rəhbərləri, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarının tələbələri iştirak edib.
PAŞA Bankın əsas hədəflərindən danışan Cəlal Orucov Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu və bu səbəbdən BANM-la əməkdaşlığın bu istiqamətdə atılan addımlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, tərəflər birgə layihələrin həyata keçirilməsi sahəsində uğurlu təcrübəyə malikdir. Belə ki, Bakı Ali Neft Məktəbinin bir neçə tələbəsi PAŞA Bankda uğurla təcrübə keçərək, işlə təmin olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















