Amerikaya köçmüş Azərbaycan startapı möhtəşəm yarışın finalında
Tanınmış Azərbaycanlı iş adamı Fərid İsmayılzadənin təsisçisi və Baş direktoru olduğu “Technovate Investments” şirkətinin yatırım etdiyi “Lia” layihəsi ABŞ-da startap yarışında müsabiqəni udmaq şansı qazanıb.
Fərid İsmayılzadənin Marja-ya verdiyi məlumata görə, “Lia” layihəsi “Sweet 16”ya seçilib:
“Azərbaycanda doğulmuş və “Technovate Investments” şirkətinin yatırım etdiyi “Lia” lahiyəsi “Smart Spinal Solutions, Inc.” şirkətinə məxsusdur. “Lia” lahiyəsi NBA-da çıxış edən, hər il ən azı ilk 10-luğa daxil olan basketbol komandası olan “Sacramento Kigs”in hər il keçirdiyi “Capitalize” adlı “startup” yarışında “Sweet 16”ya seçilmişdir. İndi 30 min fanatın qarşısında çıxış etmək ve müsabiqəni udmaq lazımdır. Bu zaman basketbol komandası lahiyəmizin marketinqini öz üzərinə götürəcək və maddi dəstək olacaq. Udmasaq da, bu möhtəşəm yarışda yüzlərlə startapın arasında son 16-ya qalmaq Amerikaya yeni köçmüş Azərbaycan startapı üçün möhtəşəm nəticədir”.
Fərid İsmayılzadə bildirdi ki, layihə üzərində işlər sürətlə davam edir və tezliklə məhsul satışa çıxacaq: “Amerikaya gəldiyimdən bəri layihə barədə məlumat vermirdik. Amma artıq məlumatların bölüşməsi zamanı gəldi”.
BELİ DÜZ TUTMAĞI ÖYRƏDƏN CİHAZ
Fərid İsmayılzadə bildirdi ki, "Lia" layihəsi üzrə üzərində 3 sensoru olan və çiyinə taxılan cihaz hazırlanıb. Cihazdan istifadənin məqsədi insanların bel əyilmələrinin qarşısını almaqdır:
"Cihazın çiyin tərəflərində və arxa hissəsində sensoru var. İnsan belini əyri saxlayan zaman cihaz titrəyiş verir və istifadəçi belini düzəldir. Cihazı cəmi 30 gün geyindikdən sonra, artıq beli düz tutmaq vərdiş halını alır. Çünki artıq bel əzələri öyrəşir və beli düz saxlamağa məcbur olursan. Dünya əhalisinə lazımlı cihazdır və böyük bazarı var".
Xatırladaq ki, Fərid İsmayılzadə Azərbaycanda məşhur Hesab.az ödəmə portalının yaradıcısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
19 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























