Mərkəzi Bank və İtaliya Milli Mikrokredit Agentliyi anlaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və İtaliya şirkətlərinin iştirakı ilə Biznes Forum təşkil edilmişdir.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, Biznes Forum zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və İtaliya Respublikasının Milli Mikrokredit Agentliyinin prezidenti Mario Baççini Anlaşma Memorandumu imzalamışlar.
Memorandumun məqsədi Azərbaycan Respublikasında mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir.
İmzalanmış Memoranduma əsasən iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaqdır.
"Nəzərdə tutulan əməkdaşlıq ölkə Prezidenti İlham Əliyevin iqtisadiyyatın inkişafında maliyyə sektorunun rolunun artırılması üzrə irəli sürdüyü vəzifələrin uğurla reallaşmasına, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasında kredit institutlarının rolunun yüksəldilməsinə də töhfə verəcəkdir", - Mərkəzi Bankın məlumatında deyilir.
Qeyd edək ki, İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi Avropa Birliyi tərəfindən təşviq edilən və maliyyələşdirilən mikro-maliyyə alətlərinin təşviqi, tənzimlənməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirən milli agentlikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
2 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
2 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
3 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















