Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək
® Azercell Telekom Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edir.
“Azercell Telekom” MMC ənənəvi olaraq 23 aprel - Beynəlxalq Kitab Günü ərəfəsində mütaliə mədəniyyətinin təbliği və kinemotoqrafiya sahəsinin inkişafı məqsədilə təşkil edilən Buktreyler Festivalının əsas tərəfdaşıdır.
Daima istedadlı və yaradıcı gənclərin dəstəyinə yönələn layihələrin və sosial təşəbbüslərin fəal iştirakçısı olan Azercell, festival çərçivəsində xüsusi olaraq “Ən Yaxşı Mobil Buktreyler” nominasiyasını da elan edir. Belə ki, mobil telefon vasitəsilə yerli müəlliflərin istənilən əsərinə çəkilən buktreylər şirkətin xüsusi münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib Azercell-dən 1000 AZN dəyərində pul mükafatı qazanacaq.
Qeyd edək ki, Buktreyler Festivalı artıq 4 ildir ki, film sənayesində yeni simaların aşkar edilməsinə böyük töhfə verir. Festival kinoaktyor, prodüser Ruslan Sabirlinin təsisçiliyi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir. “Kitabı tanıdın, kitabla tanının” sloqanı ilə keçirilən bu festival milli mədəni irsimizin qorunması, habelə Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması üçün əvəzolunmaz bir layihədir. Yaşından asılı olmayaraq hər kəs festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçərək, yarışmada iştirak edə bilər. Xatırladaq ki, Beşinci Buktreyler Festivalının 1-ci yer qalibi 1000 AZN, 2-ci yer qalibləri 800 AZN və 3-cü yer qalibləri 500 AZN pul mükafatı ilə təltif olunacaqlar. Xatırladaq ki, festival üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlayıb. Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2020-ci ildir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest
Əlavə suallarla bağlı [email protected] email ünvanına müraciət etməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















