Amrahbank və Səudiyyə İnkişaf Fondu razılaşdı
Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olunub.
Amrahbank-dan "Marja"ya daxil olmuş məlumatda bildirir ki, bu məqsədlə 10.02.2020-ci il tarixində Amrahbank ASC-nin Baş ofisində təşkil olunmuş görüşdə Səudiyyə İnkişaf Fondundan Eksport üzrə Maliyyə direktoru Ali Algarni, Hesablaşmalar və Monitorinq Departamentinin rəhbəri Mohammed Altombkti, marketinq mütəxəssisi Navaf Alojruşun, Amrahbank ASC-nin struktur rəhbərləri, iş adamları, o cümlədən Gənc Sahibkarlar Birliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) nümayəndələri iştirak ediblər.
"Görüşün birinci hissəsində Amrahbank ASC ilə Səudiyyə İnkişaf Fondu arasında rəsmi əməkdaşlıq barəsində razılıq əldə olunub. Razılığa əsasən Bankın müştəriləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin, eləcə də Azərbaycanda real sektorun maliyyələşdirilməsində birgə əməkdaşlıq ediləcəkdir. Qeyd edək ki, belə bir razılşmanın rəsmiləşməsi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafına dəstək verəcəkdir.
Görüşün ikinci hissəsində Səudiyyə İnkişaf Fondunun fəaliyyəti üzrə təqdimat keçirilib. Fondun fəaliyyəti ilə bağlı görüşün iştirakçıları arasında interaktiv müzakirələr aparılıb",- məlumatda deyilir.
Məlumatda əlavə edilib ki, Amrahbank yarandığı gündən bu günə qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma bu strategiyanın uğurlu davamıdır. Bu da Banka müştərilərin kredit və ticarət maliyyələşməsi üzrə ehtiyaclarını daha tam ödəməyə imkanı yaradacaqdır.
Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi Amrahbank fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Amrahbank Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Islamic Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















