Azərbaycanda Turizm Reyestri yaradılır - BAŞ NAZİRDƏN QƏRAR
Bu reystrdən otellər, turoperator və turagentlər, onların məhsulları, bəldçilər, hətta restoranlar və onların menyuları haqqında məlumatlar əldə etmək mümkün olacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nı təsdiq edib.
“Marja”nın məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı qaydalarda bildirilir ki, reyestr – turizm ehtiyatları, o cümlədən turizm nümayiş obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, turizm sahəsində statistik məlumatları və onların monitorinqlərinin nəticələrini özündə əks etdirən elektron dövlət informasiya ehtiyatıdır.
Qısası reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılacaqdır.
Hüquqi və ya fiziki şəxslər reyestrə daxil olaraq məlumatlarından istifadə edə biləcəklər.
Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Dövlət Turizm Agentliyi təmin edəcəkdir.
Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin etməlidir.
Reyestrdə aşağıdakı məlumatlar yer alacaqdır?
1. turizm ehtiyatları;
2. turizm məhsulları;
3. turizm sənayesinin subyektləri: yerləşmə vasitələri; turoperator və turagentlər; turizm bələdçiləri; aqroturizm obyektləri; məsuliyyətli ekoturizm obyektləri; çimərlik operatorları; özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm obyektləri; işgüzar turizm subyektləri; ictimai iaşə obyektləri; turizm nəqliyyat fəaliyyəti ilə məşğul olan şəxslər; əyləncə obyektləri; turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər; “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs, onun filial və nümayəndəlikləri; turizm sənaye assosiasiyaları; sənətkarlar;
4. turizm təqvimləri;
5. turizm sahəsində statistik məlumatlar;
6. turizm sahəsində aparılmış monitorinqlərin nəticələri
VÖEN-i olan şəxslər “ turizm sənayesinin subyektləri tərəfindən turizm tədbirlərində (sərgi, festival, konfrans, seminar və s.) iştirak etmək üçün müraciətlərin edilməsi”, “turizm üzrə investisiya layihələrinin təqdim edilməsi”, “turizm sahəsində statistik məlumatların, Agentlik tərəfindən hazırlanmış analitik hesabat və araşdırma nəticələrinin əldə edilməsi” xidmətlərdən istifadə edə biləcəklər.
Vətəndaşlar isə Agentlik tərəfindən verilən kod-parol vasitəsilə reyestrdən istifadə edə biləcəklər.
Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödəniş olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
8 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
8 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
8 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
8 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
9 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır





























