"Azərbaycanda LED reklam qurğuları ucuzlaşacaq"
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək.
ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “İcazələr” proqram təminatı yenilənəcək. Açıq məkandakı reklam daşıyıcıları və reklamların qeydiyyatının optimallaşdırılması məqsədilə agentliyin istifadə etdiyi “İcazələr” proqram təminatını Elektron Hökumətin İnkişafı Mərkəzi tam yeniləyıb. Hazırda proqram təminatı agentliyin Mərkəzi Aparatında test rejimində istifadə olunur və tezliklə regional idarələrdə də tətbiq olunacaq. Növbəti mərhələdə isə xidmət my.gov.az portalına inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, müvafiq əməliyyatları (sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması) sahibkar özü asanlıqla həyata keçirə biləcək.
Bununla yanaşı, reklam daşıyıcıları istehsalının təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq. Agentliyin tabeliyində fəaliyyət göstərən istehsal müəssisəsi yeni nəsil reklam qurğularının keçən ildən başlanan istehsal prosesini daha da inkişaf etdirəcək. ADRA-nın təşəbbüsü ilə Bakıda əldə olunan razılığa əsasən Çinin Shenzhen GCL Electronics şirkəti müəssisəni LED panelləri ilə təmin edəcəkdir. Bu da hər bir LED tipli reklam qurğusunun yerli istehsal xərcini ölkəyə idxal xərcindən daha ucuz edəcəkdir. Ölkədə LED tipli reklam qurğularının sayının artması reklam operatorlarının da gəlirlərini artıracaq, reklam bazarının genişlənməsi üçün stimul yaradacaq.
Reklamvericilər üçün daşıyıcıların müasirliyi ilə yanaşı reklamın effektivliyi barədə də məlumat almaq da önəmlidir. Bu məqsədlə, mümkün ərazilərdə reklamların effektivliyinin ölçülməsi və nəticələr barədə sahibkarların məlumatlandırılması da qarşıya qoyulan hədəflərdəndir. Effektivlik indeksi beynəlxalq səviyyədə əsasən müəyyən vaxt ərzində reklam daşıyıcısı yaxınlığından keçən avtomobil və piyadaların sayı, həmçinin reklamın görünməsi imkanını əks etdirir. Bu məlumatların yığılması və emal olunması müşahidə kameraları, həmçinin onlara aid xüsusi proqram təminatı vasitəsilə mümkün olacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
18 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb













.jpg)










.jpg)

