“Kapital Bank”ın kredit portfeli kəskin artıb
“Kapital Bank” ASC 2018-ci illə müqayisədə 2019-cu ildə istehlak kreditləri portfelini 346 milyon 650 min manat və ya 35% artırıb.
“Marja” xəbər verir ki, 2018-ci ilin sonunda Bankın istehlak kreditləri portfeli 988 milyon 140 min manat ikən, 2019-cu ilin sonunda 1 milyard 334 milyon 790 min manata çatıb.
Ötən il Bankın biznes kreditləri portfeli 37 milyon 342 min manat azalaraq 433 milyon 892 min manata düşüb. 2018-ci ilin sonunda “Kapital Bank”ın biznes kreditləri portfeli 471 milyon 234 min manat idi.
2019-cu ildə “Kapital Bank”ın daşınmaz əmlak kreditləri portfeli isə 11 milyon 28 min manat artaraq 52 milyon 541 min manata yüksəlib.
Ümumiyyətlə 2019-cu ildə “Kapital Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 320 milyon 334 min manat və ya 21,3% artaraq 1 milyard 821 milyon 222 min manata çatıb.
Ötən il ərzində müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli) 209 milyon 970 min manat artaraq 2019-cu ilin sonunda 1 milyard 501 milyon 354 min manat təşkil edib.
Keçən il "Kapital Bank"ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 110 milyon 365 min manat və ya 52,6% artaraq 319 milyon 869 min manata qalxıb. Bu ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Qeyri-standart aktivlər - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlərdir.
Qeyd edək ki, "Kapital Bank" 19%-dən başlayan illik faiz dərəcələri ilə 48 ayadək və 20 min manatadək istehlak kreditləri təklif edir. Tələblərə görə, rəsmi gəliri, yaş həddi 18-70 aralığında olan və son iş yerində minimum 3 ay stajı olan şəxslər Banka kredit üçün müraciət edə bilərlər. Təqaüdçülər üçün bu tələblər yoxdur.
HƏMÇİNİN OXU: “Kapital Bank”ın xalis mənfəəti rekord qırdı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















