Mərkəzi Bankın notlarına tələb aşağı olub
05 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100556S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 50 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 27,868,000.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8620 AZN (14.7998%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9945%), orta ölçülmüş qiyməti – 98.8486 AZN (14.9761%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.04.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 27,868,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 03.05.2017-ci ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
"Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır"
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Bakı Taxıl" şirkəti 12 milyonluq satışa qarşı 324 min manat xalis mənfəət açıqladı
-
1 gün əvvəl
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
-
1 gün əvvəl
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib
- 2 gün əvvəl