Qaz balonlarından istifadə edən restorana FHN-dən sərt tapşırıq
“Müasir ticarət mərkəzləri geniş xidmət sahələrini əhatə edir və burada geyim, bəzək məmulatları, məişət əşyalarının alış-verişi ilə yanaşı, həm də uşaq əyləncə mərkəzləri, kino zalları, avtomaşınların parkingi, yeməkxana, gözəllik salonları və s. fəaliyyət göstərir. Odur ki, ticarət mərkəzləri təkcə gənclərin və yaşlıların deyil, həm də uşaqların üz tutduğu, insanların daha sıx toplaşdıqları iri obyektlərdir və bu obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunması çox vacibdir”.
Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib.
O qeyd edib ki, son illər dünyanın bir çox ölkələrinin – Rusiyanın, Birləşmiş Ərəb Əmirliklərinin, İtaliyanın, Almaniyanın, İspaniyanın və s. yanğın statistikasında ticarət mərkəzlərində yanğınların baş verməsi faktlarına tez-tez rast gəlinir: “Həmin ölkələrdə, eləcə də ötən il respublikamızda "Diqlas”, “Binə”, “Sədərək”, “Eurohome” kimi ticarət mərkəzlərində baş vermiş yanğınlar göstərir ki, ticarət mərkəzlərində yanğın təhlükəsizliyi məsələsinin ciddiliyi aktual problemlərdəndir. Belə ki, adıçəkilən ticarət mərkəzlərində yanğınların təhlili bir daha göstərdi ki, bu obyektlərdə quraşdırılmış yanğına qarşı avtomatika qurğuları tələb olunan bütün sahələri əhatə etmir, mövcud qurğulara vaxtaşırı olaraq, xüsusi razılığı (lisenziyası) olan müəssisələr tərəfindən lazımi xidmət göstərilmir, ilkin yanğınsöndürmə avadanlıqları, həmçinin yanğına qarşı su təchizatı sistemləri bir çox hallarda nasaz vəziyyətdə saxlanılır, işçilərdən ibarət könüllü yanğınsöndürmə dəstələri fəaliyyət göstərmir, kiçik sahibkarlar müəssisənin məsul şəxsləri tərəfindən yanğına qarşı təlimatlandırılmır, təxliyə yollarına satış malları yığılaraq ara məsafələrinə riayət olunmur. Bütün sadalananlarla yanaşı daşınmaz əmlakın icbari sığortalanması tədbirinə də laqeyd münasibət göstərilir”.
Dövlət Yanğın Nəzarəti Xidmətinin həmçinin obyektlərdə maye qaz balonlarından qaydalara zidd şəkildə istifadə olunmasının qarşısını almaq üçün də tədbirlər həyata keçirdiyini qeyd edən E.Babayev buna misal olaraq, 8 yanvar 2020-ci il tarixində paytaxtın Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən restoranların birində propan qaz balonundan istifadə olunması ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinə daxil olmuş məlumat əsasında Xidmətin əməkdaşları tərəfindən yerində araşdırma aparıldığını bildirib:
“Araşdırma zamanı məlum oldu ki, obyekt dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və restoran kimi fəaliyyət göstərir. Obyektdə binanın arxa fasadına bitişik hissədə - yaşayış binasının həyətində yerləşən dəmir qutunun içərisində quraşdırılmış iki ədəd propan qaz balonundan istifadə edilir ki, bu da təhlükəsizlik qaydalarına ziddir. Belə ki, YTQ № 01-2001 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının 3.9 bəndinin tələbinə əsasən ictimai və mülki binaların ərazilərindəki açıq meydança və həyətlərdə sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonların saxlanılmasına icazə verilmir. Qeyd olunanları nəzərə alaraq, FHN əməkdaşları tərəfindən aşkar olunmuş propan qaz balonunun təhlükə mənbəyi olması barədə obyektin icarədarına ətraflı izahat verilib, akt tərtib olunaraq propan qaz balonunun quraşdırıldığı yaşayış binasının ərazisindən çıxarılması və icarədar tərəfindən gələcəkdə bu halın bir daha təkrarlanmaması barədə öhdəlik götürməsi təmin olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən bu sahədə işlər aparılır və gələcəkdə ticarət və əyləncə mərkəzlərində yanğınların baş verməməsi üçün ciddi tədbirlər həyata keçirilir. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi norma və qaydalarına riayət edilməsinin vacibliyini bir daha vətəndaşların diqqətinə çatdırır, gündəlik həyatımızda aşkar edilmiş hər bir qayda pozuntusu barədə 112 qaynar xəttinə müraciət etməyi, hər bir qüsuru ictimai qınaq obyekti və hədəfinə çevirməyi tövsiyə edir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
3 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
3 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
3 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















