“Aqrolizinq” gəlirlərini və xərclərini gizlətdi - 40 MİLYON ZƏRƏR
2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrolizinq” ASC-nin yığılmış zərəri 3 milyon 500 min manat azalaraq 40 milyon 480 min manata düşüb.
“Marja” xəbər verir ki, “Aqrolizinq” 2020-ci ildə 2018-ci ilin maliyyə göstəricilərini açıqlayıb, amma yarımçıq. Şirkət yalnız balans hesabatını dərc edib, gəlirlərini və xərclərini gizlədib.
Balans hesabatından məlum olur ki, 2017-ci ilin sonunda 43 milyon 979 min 739 manat təşkil etmiş yığılmış zərər 2018-ci ildə 40 milyon 479 min 739 manata düşüb. Yığılmış zərərin azalması 2018-ci ildə “Aqrolizinq”in xalis mənfəət əldə etdiyinə işarədir.
Xatırladaq ki, "Aqrolizinq" ASC 201-ci ili 639 min manat, 2016-cı ili 11 milyon 75 min manat, 2017-ci ili 21 milyon 722 min manat xalis zərər ilə başa vurmuşdu.
2018-ci ildə “Aqrolizinq”in cəmi aktivləri 216 milyon 645 min manat artaraq 1 milyard 149 milyon manata, cəmi kapitalı isə 141 milyon 678 min manata artaraq 679 milyon 135 min manata yüksəlib.
2019-cu ildə “Aqrolizinq”in bir sıra səlahiyyətləri Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) verilib.
Səhmlərinin nəzarəti zərfi 100 faiz dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















