Amerika bazaları İran tərəfindən vuruldu
İran İnqilab Keşikçiləri Ordusu, ABŞ-ın İraqdakı "Ayn el-Esad" hava bazasını onlarla raket ilə vurduğunu açıqladı. Pentaqondan verilən açıqlamada "el-Esad" və "Erbil" bazalarına 12-dən çox balistik raket ilə hücum təşkil edildiyi bildirilib. ABŞ bazalarına təşkil edilən hücumda ölü ya da yaralı sayı haqqında hələ məlumat yoxdur.
İran İnqilab Keşikçiləri Ordusu İraqın Anbar vilayətində yerləşən və ABŞ əsgərlərinin olduğu "Ayn el-Esad" hava bazasına balistik raket ilə hücum təşkil edib.
İran dövlət televiziyası "General Qasım Süleymaninin və yoldaşlarının intiqamı üçün ilk cavab reallaşdırıldı" məlumatını yayıb.
"Marja" xəbər verir ki, "Sky News" kanalına danışan bir mənbə, hücumda 10-dan çox raketin istifadə edildiyi məlumatını verib.
Hücumun İran torpaqlarından deyil, İraq sərhədləri daxilindən edildiyi də bildirilir. "Al Arabiya" kanalı, hücumun İraq "Hizbullah"ı tərəfindən reallaşdırıldığını iddia edib.
Pentaqon səlahiyyətlisi etdiyi açıqlamada "Ayn el-Esad" bazasına raket ilə hücum təşkil edildiyini, ölü və yaralılara bağlı hələ məlumatlarının olmadığını söyləyib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranın ABŞ əsgərlərinin olduğu İraqdakı "el-Esad" və "Erbil" bazalarına 12-dən çox balistik raket ilə hücum təşkil etdiyini və ilk ziyanları müəyyənləşdirilməyə çalışıldığını açıqlayıb.
Pentaqonun spikeri Jonathan Hoffman etdiyi yazılı açıqlamada, "7 Yanvarda İran, İraqdakı ABŞ və koalisiya qüvvələrinə raketlər ilə hücum təşkil etdi. Bu raketlərin İrandan atıldığı və ABŞ və koalisiya əsgərlərinin olduğu "el Esad" bazası ilə "Erbil" bazalarının hədəf aldığı açıqdır. İlk ziyanları qiymətləndirməyə çalışırıq" ifadələrini istifadə edib.
Hoffman, İranın ola biləcək hücumlarına qarşı Pentaqonun bütün tədbirləri gördüyünü qeyd edib.
AĞ EV: TRUMP YAXINDAN İZLƏYİR
Ağ Evin Spikeri Stephanie Grisham, İraqdakı ABŞ bazalarına hücum mövzusunda Prezident Donald Trampın məlumatlandırıldığını və vəziyyətin yaxından izlənildiyini açıqlayıb.
Grisham, "İraqdakı ABŞ hərbi bazalarına hücum ilə əlaqədar Prezident məlumatlandırılıb, vəziyyəti yaxından izləyir və milli təhlükəsizlik qrupu ilə təmas halındadır" ifadələrini istifadə edib.
İran İnqilab Keşikçiləri Ordusu, İraqdakı "Ayn el-Esad" Hava Bazasına balistik raketlər ilə reallaşdırılan hücuma ABŞ-ın cavab verməsi halında, "çox daha sərt və əzici" cavab veriləcəyini açıqlayıb.
İran İnqilab Keşikçiləri Ordusu tərəfindən yayılan açıqlamada, İranlı general Qasım Süleymaninin intiqam əməliyyatı daxilində, ABŞ-ın İraqdakı "Ayn el-Esad" Hava Bazasının onlarla qurudan quruya balistik raketlə vurulduğu qeyd edilib.
Bölgədə ABŞ bazalarına ev sahibliyi edən ölkələrin də xəbərdar edildiyi açıqlamada, "Hər vəziyyətdə İrana qarşı düşməncə və təcavüzkarca hərəkətlərin qaynağı hədəf alınacaq. İşlədikləri cinayətdə sionist rejimi (İsrayıl) də günahkardır və ABŞ rejimindən ayrı tutmuruq" ifadələri istifadə edilib.
Açıqlamada, ABŞ xalqına isə bölgədəki əsgərlərini daha çox zərər görməmələri üçün ölkələrinə çağırmaları tövsiyə edilib.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb























