Baş Nazirdən yeni təyinat
Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatı olub.
"Marja" xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Elşən Hacızadə Sənaye və energetika şöbəsinin müdiri təyin edilib.
Əvvəllər Elşən Hacızadə Nazirlər Kabinetində Nəqliyyat və rabitə şöbəsinin və Sənaye və energetika məsələləri şöbəsinin müdiri vəzifələrində də çalışıb.
Hacızadə Elşən Mahmud oğlu iqtisad elmləri doktoru, professordur.
Hacızadə Elşən 1961-ci il avqustun 9-da Siyəzən şəhərində anadan olub.
Təhsili:
1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-iqtisad fakültəsini bitirərək, iqtisadçı-mühasib ixtisası alıb.
Əmək fəaliyyəti:
1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (ARDNŞ-in H.Z.Tağıyev adına Neftqazçıxarma Idarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, “Azəriqaz” QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif vəzifələrdə işləyib.
1997-2006-cı ilərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, AMEA-nın İqtisadiyyat İnstitutunun struktur dəyişikləri sektorunun müdiri, Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyasının müdiri, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzinin direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direkitor müavini) bir sıra vəzifələr tutub.
2009-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.
2010-cu ildən “Azərbaycanın vergi jurnalı”nın baş redaktorudur.
Müştərilərin xəbərləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb

















.jpg)





