"Azərbaycandakı banklarda payımızın artırılması ilə bağlı müraciətlər yoxdur"
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla bağlı gələcək fəaliyyətində iki əsas layihəni prioritet hesab edir.
Bunu eksklüziv açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.
“Beynəlxalq Maliyyə Korporasiyası olaraq bizim əsas fokuslandığımız məsələ “Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsinin və “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsinin icrasıdır”, - deyə A.Əzimova əlavə edib.
IFC rəsmisi həmçinin Azərbaycanın kommersiya banklarındakı paylarının artırılması məsələsinə də toxunub: “Azərbaycandakı banklarda payımızın artırılması ilə bağlı müraciətlər yoxdur. Bu səbəbdən də hələlik müzakirə aparmırıq”.
Qeyd edək ki, “Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsi üzrə saziş bu ilin mayın 8-də imzalanıb. Azərbaycan tərəfdən bu sənədə Baş Nazirin müavini Yaqub Eyyubov imza atıb.
“Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi isə 2017-ci ildən icra olunur.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu vaxta qədər korporasiya Azərbaycandakı layihələrə 473 mln ABŞ dolları vəsait ayırıb. Bunun 73 mln dolları digər tərəfdaşlarla birlikdə maliyyə, infrastruktur və emal sektorlarında icra edilən 56 layihəyə, 80 mln dolları ticarətin maliyyələşməsi proqramına, 250 mln dolları isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin maliyyələşməsinə ayrılıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















