Azərbaycan bankının 3 illik inkişaf planı təsdiqləndi
“AccessBank”ın 2020-2022-ci illər üzrə strateji inkişaf planı təsdiqlənib.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, sənəd 3-4 dekabr tarixlərində keçirilən Müşahidə Şurasının iclasında müzakirə olunub. Bundan sonra üçillik strateji inkişaf planı dekabrın 5-də baş tutan səhmdarların növbədənkənar yığıncağında təsdiqlənib.
"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, sənədə əsasən, biznesin həcminin genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.
"AccessBank-ın əsas maliyyə göstəriciləri inamlı artım nümayiş etdirir. 2019-cu ilin noyabr ayında bankın xalis mənfəəti 3 milyon manat təşkil edib ki, bu da bizim gözləntilərimizi üstələyib. Eyni həcmdə mənfəətin əldə olunmasını dekabr ayı üçün də proqnozlaşdırırıq. Bununla yanaşı, AccessBank 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır. Ümumilikdə, gələn ilə olduqca böyük optimizmlə baxırıq. Bankımız mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində lider mövqeyini qoruyur. Əhali tərəfindən "AccessBank"a göstərilən etimad yüksək olaraq qalır ki, geniş və artan əmanətçi bazamız bunun bariz nümunəsidir. Əsas biznes proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırmanın yüksəldilməsi və özünəxidmət zonalarının genişləndirilməsi ilə bağlı həyata keçirdiyimiz bir sıra layihələr hədəflərimizə çatmaq üçün əsas amillər olacaq", - sədr qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























