Hansı banklar aktivlərindən ən yaxşı istifadə edirlər? - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 522,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 31 milyard 363,3 milyon manat məbləğində aktivlərin 1,7%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 10,8%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 22-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bu bank ötən 9 ayda aktivlərinin 8,5%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.
Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 7,4%-lik göstərici ilə "Express Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 19-cudur.
Mənfəətlə işləyən qalan 20 bankda isə sözügedən göstərici 0-4,2% arasında dəyişir.
"Bank of Baku" və "Unibank"ın mənfəətlərinin artmasının böyüh hissəsinin əvvəlki illər ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatın azad olması hesabınad olduğu da qeyd edilməlidir.
Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 21,6%-i qədər zərərlə üzləşib.
№
|
Bankın adı
| Bankın 9 aylıq mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Bank of Baku | 10,8% |
2 | Unibank | 8,5% |
3 | Express Bank | 7,4% |
4 | Bank VTB Azərbaycan | 4,2% |
5 | Bank Avrasiya | 3,6% |
6 | Azərbaycan Beynəlxalq Bankı | 3,5% |
7 | Kapital Bank | 2,5% |
8 | Naxçıvan Bank | 2,1% |
9 | Premium Bank | 1,9% |
10 | PAŞA Bank | 1,5% |
11 | Bank BTB | 1,3% |
12 | Zıraat Bank Azərbaycan | 1,3% |
13 | Bank Respublika | 1,2% |
14 | Rabitəbank | 1,2% |
15 | Xalq Bank | 1,1% |
16 | Yapı Kredi Bank Azərbaycan | 0,9% |
17 | AFB Bank | 0,8% |
18 | Azərbaycan Sənaye Bankı | 0,7% |
19 | Günay Bank | 0,5% |
20 | Azər-Türk Bank | 0,2% |
21 | Turan Bank | 0,1% |
22 | Atabank | 0,0% |
23 | NBC Bank | 0,0% |
24 | Nikoyl Bank | -0,4% |
25 | AGBank | -0,5% |
26 | Muğan Bank | -1,5% |
27 | Pakistan Milli Bankı - Bakı | -2,8% |
28 | Amrah Bank | -4,2% |
29 | Access Bank | -11,0% |
30 | İran Milli Bankı - Bakı | -21,6% |
| Orta hesabla | 1,7% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















