Ən intizamlı aviaşirkətlərin yeni reytinqi açıqlandı
Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual (dəqiq, intizamlı) aviaşirkətlərin reytinqini tərtib etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumata görə, 5 aviaşirkət – “Etihad Airways”, “Iraqi Airways”, “Lufthansa”, “Kuwait Airways” və “China Southern” Bakıdan uçarkən ən yüksək nəticəyə - 100% punktuallığa nail olmuşdurlar.
"Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "İran Air", "flyNAS", "Uzbekistan Airways", "Belavia" və "Qatar Airways" planlaşdırılmış uçuşların ən azı 90% -i yerinə yetirilmişdirlər. “Nordwind” (88.9%) və “Turkish Airlines” (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstərmişdirlər.
Ümumilikdə, 2019-cu ilin noyabr ayında Bakının hava limanından uçuşların 81% -i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.
Qeyd edək ki, ümumilikdə 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























