"Unicredit", ilk mərhələdə "Yapı Kredi"dəki payının 10%-ni satacaq
"Koç Holding" və "Unicredit", "Yapı Kredi"nin əsas səhmdarı olan "Koç Finansal Hizmetler"i (KFH) şirkətini ortadan qaldıraraq bankda birbaşa pay sahibi olmaq barədə razılaşıblar.
"Yapı Kredi"nin 82%-inə sahib olan KFH-nin ortadan qalxması ilə 41% birbaşa paya sahib olacaq ortaqlar, istədikləri zaman və digər tərəfə məsləhətləşmədən üçüncü tərəfə səhm satışı edə biləcəklər.
"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, "Unicredit SpA" "Yapı Kredi"də birbaşa paya sahib olduqdan sonra ilk etapda payından 10%-dən daha az hissəsini satmağı planlaşdırır.
İlk öncə "Unicredit"in "Koç Holding"ə 10%-i təklif edəcəyi, "Koç"un bu payı almaq istəməməsi vəziyyətində üçüncü tərəfə satış planlaşdırıldığı bildirilir.
Mənbələr, "Unicredit"in qalan payını da sonradan sata biləcəyini qeyd ediblər.
"UniCredit" və "Koç Holding" "Koç Finansal Hizmetler" şirkətində bərabər paya (50/50) sahibdirlər. "Koç Finansal Hizmetler"i "Yapı Kredi"nin təxminən 82%-nə sahibdir. Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarı "Yapı Kredi"dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























