10 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-i bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 5-də müsbət, 10-da isə mənfi dinamika müşahidə edilib.
Mərkəzi Bankdakı vəsaitləri azalmış banklar "AFB Bank", "Naxçıvan Bank", "Kapital Bank", "AGBank", "Atabank", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı", Pakistan Milli Bankının Bakı filialı, "Muğan Bank" və "Nikoyl Bank"dır. Ən az azalma "AFB Bank"da (0,6%), ən çox azalma isə "Nikoyl Bank"da (90,2%) qeyd alınıb.
Qalan 5 bankın Mərkəzi Bankdakı vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "Zıraat Bank Azərbaycan"da (5 dəfə), ən aşağı dinamika isə "Access Bank"da (2,2%) qeydə alınıb.
Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", "Günay Bank" İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.
Azərbaycanda 5 bankın Mərkəzi Bankdakı vəsaitləri 40 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il oktyabrın 1-nə Mərkəzi Bankdakı vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 40 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (444,443 milyon manat), "PAŞA Bank" (402,247 milyon manat), "Access Bank" (84,619 milyon manat), "Naxçıvan Bank" (66,119 milyon manat) və "Xalq Bank"dır (43,576 milyon manat).
Qalan 11 bankdan 6-da Mərkəzi Bankdakı vəsaitlər 10-40 milyon manat arasında qədər, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", "Günay Bank" İran Milli Bankının Bakı filialı, "NBC Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 40 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























