Reklamı izləyən, küçəyə çıxdı - 1 Aprel reklamı mübahisə yaratdı
Biskivit və şokolad istehsalçısı “Ülkər” şirkətinin 1 Aprel Gülüş günü reklam videosu mübahisələrə səbəb olub.
"Marja" xəbər verir ki, "1 Aprel zarafatları" mövzusunda hazırlanmış videoda, "1 Nisan yaklaşıyor, tuhaf şeyler oluyor.. Eve dönerken bir parlama gözünü alacak... Evini folyoyla kaplı bulacaksın... Aniden kendini kale direği olarak bulacaksın... Pis burunla çekilmiş şutlar seni bulacak... Bir mekanda tatlı tatlı tatlı siparişini vereceksin... Ama acılar seni bulacak... 1 Nisan geliyor, hesaplaşma zamanı yaklaşıyor... Sana sürprizlerim olacak... Küçük kardeş olmak bunu gerektirir. Sevgiler ;)" yazıları və animasiyalar yer alır.
Video reklamı "Ülkər"in rəsmi "Twitter" hesabında yayımlanıb. Ancaq "Ülkər" qısa bir müddət sonra videonu səhifəsindən silib. "1 Aprel gəlir, hesablaşma zamanı yaxınlaşır" cümləsilə bitən reklam filmi bir çox sosial media istifadəçisi tərəfindən siyasi bir mesaj olaraq qəbul edilib və sərt reaksiya görüb.
"Yıldız Holding"in İdarə Heyətinin Sədri Murat Ülkər, holdinqə daxil olan "Ülkər" şirkətinin hazırladığı və mübahisə yaradan 1 Aprel reklamı üçün bəyanat verib. Ülkər, "Twitter" hesabından "Xaricindəyəm. İndi eşitdim. Xəbəri verənlərə təşəkkürlər. Tələ quranlar qazandıqlarını alacaqlar. Millətimizin yanındayıq" şəkilində mövqe yazıb.
"Ülkər"in rəsmi səhifəsindən qaldırılmasına baxmayaraq, sosial mediada sürətlə yayılan reklam filmi fərqli reaksiyalara səbəb olub
"Ülkər" kəlməsi, dəqiqələr ərzində "Twitter"də TT siyahısına ilk sıraya çıxıb. Reklam filmini Prezidenti Ərdoğana hücum kimi şərh edən sosial media istifadəçiləri Ərdoğanın evinin qarşısında toplaşmaq çağırışı ediblər.
Filmin "çevriliş" mövzusunda olduğu fikrində olan vətəndaşlar gecə səhərlərə qədər Ərdoğanın evi qarşısında və bir çox yerdə növbə durub.
Ən maraqlı fikirlərdən biri isə "Yeni Şəfəq"in müəllifi Yusuf Kaplan tərəfindən yazılıb. Kaplan, sosial media hesabında etdiyi paylaşımda "Evini Zərvərəqlə Örtülü Görəcəksən deyir. Və PARTLAYIŞ! EFKB Yəni Uzaqdan partlatma sistemi" ifadələrinə yer verib.
"ÜLKER" RƏSMİ BƏYANAT VERİB
"Ülker" şirkəti rəsmi bəyanat verib. Açıqlamada belə deyilib:
"1 Aprel çərçivəsində həyata keçirdiyimiz "kiçik qardaş adlı" kampaniyamız məqsədli şəkildə fərqli mənalara yozulur. Kampaniyamız 1 Aprel konsepsiyası çərçivəsində ailə fərdləri və xüsusilə qardaşlar arasındakı şirin rəqabəti göstərir. Sosial mediada qeyd edilən heç bir məsələ ilə əlaqəsi yoxdur, ola bilməz. Zarafat günü reklamını fərqli mənalara yozanlara bağlı bütün hüquqi haqlarımızı istifadə edəcəyimizi bildiririk".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
30 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
32 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























