2 bank və 1 sığorta şirkətinin səhmdarı olan şirkət kapitalını azaldır
Azərbaycanda 3 iri maliyyə təşkilatının səhmdarı olan "Yevro Standart" MMC şirkəti nizamnamə kapitalını azaltdığını elan edir. "Marja" şirkətin elanına istinadən xəbər verir ki, kreditorlar 1 müddətində AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, ASC "Xalq" Bankının nizamnamə kapitalının 33.85% -i, "Bank Avrasiya" ASC-nin nizamnamə kapitalının 37,50%-i və "Xalq Sığorta" ASC-nin nizamnamə kapitalının 50%-i "Yevro Standart" şirkətinə məxsusdur.
"Yevro Standart" MMC şirkəti "PAŞA Holdiq" ilə eyni ünvanda fəaliyyət göstərir.
Qanunvericiliyə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 40 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















