Audi e-tron Sportback modeli təqdim olundu
(®) Audi markası “Elektrikləşmə gələcəyimizdir” strateji fəaliyyət istiqamətinə sadiq qalaraq e-tron elektromobillər xəttinə yeni bir model əlavə edib.
Dinamik və eyni zamanda ətraf mühitə 0 zərər verən yeni Audi e-tron Sportback Los Anjelesdə təqdim olunub. Bu avtomobil 4-qapılı kupe, SUV və elektrik avtomobilin proqressiv xarakterini özündə birləşdirir. Singleframe barmaqlığı, əzələli gövdə, təkərlərin ətrafında güclü, dinamik cizgilər və arxa hissənin kupe formasında olması Audi-nin dizayn siyasətini özündə əks etdirir. Qabarit ölçülərində uzunluq - 4901 mm, en - 1935 mm, hündürlük 1616 mm təşkil edir.
Bu avtomobilin premyerası ilə Audi dünyada daha bir yeniliyə imza atıb. DML- Digital Matrix LED fənərlər seriya avtomobilində ilk dəfə tətbiq olunan yeni funksiyadır! Bu işıqlar kiçik pikselllərə bölünərək müstəsna dəqiqliklə idarə oluna bilir və yollarda görüntünü maksimum aydın edir. Fənərlər DMD (Digital Micromirror device - rəqəmsal mikrogüzgülər) cihaz texnologiyasının əsasında qurulub. DML kiçik çipdən ibarətdir. Bu çip 1 milyon mikrogüzgünü özündə birləşdirirərək işıqlandırmanı daha mükəmməl edir. Bununla da Audi özünün “Vorsprung durch Technik” şüarına sadiq qalaraq avtomobil işıqlandırma sistemlərində lider olduğunu bir daha sübut edir.
İnteryerdə MMİ touch response sistemi ilə iki displeydə sürücü əyləncə, telefon, naviqasiya, e-tron modellərinə aid xüsusi opsiyaları rahatlıqla idarə edə bilər. Həmçinin 12.3’ ölçülü Audi Virtual Cockpit standart opsiya kimi avtomobildə öncədən quraşdırılır. Audi e-tron sportback Avropa bazarına bu avtomobil 2020-ci ilin yaz aylarında təqdim olunacaq.
Texniki göstəricilər
Mühərrik: 55 quattro
Maksimal güc: 300 kVt (405 at gücü)
Fırlanma anı: 664 Nm
Sürətlənmə 0-100 km/saat : 5.57 san. (test), 5.7 san. (rəsmi)
Maksimal sürət: 200 km/saat
Dolu batareyalarla yürüş potensialı: 446 km (WLTP dövründə)
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























