Amazondakı meşəsizləşmə 2008-dən bu yana ən yüksək səviyyəsində
Braziliya, ölkədəki Amazon meşələrindəki meşəsizləşmə nisbətinin 2008-ci ildən bu yana ən yüksək səviyyəyə çatdığını bəyan edib.
Braziliya Milli Kosmos Araşdırmaları İnstitutu (INPE) son hesabatında, ölkənin Amazon meşələrindəki itkinin, avqust 2018 - iyul 2019 arasında, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 30% bir artımla 9 min 762 kvadrat kilometrə çatdığını qeyd edib.
Braziliyanın Para əyalətindəki meşə itkilərinin, 2018-2019 dövründə bütün meşəsizləşmənin təxminən 40%-ni təşkil etdiyini bildirən rəsmilər, Roraima və Amazonas əyalətlərindəki ağacların qeyri-qanuni kəsilməsinin diqqətə çarpan şəkildə artdığına diqqəti çəkiblər.
Dünya Təbii Həyatı Qoruma Vəqfi (WWF) tərəfindən verilən açıqlamada, "Amazonun hələ də yox edilməsi qəbul edilə bilməz" ifadəsi istifadə edilib.
Açıqlamada, meşəsizləşmənin, Braziliya hökumətinin bunun qarşısını almaq üçün güclü bir şəkildə hərəkətə keçmədiyi müddətcə sürətlənəcəyi qeyd edilib.
Bu il 83 mindən çox yanğın çıxıb
INPE Avqust hesabatında, Braziliyadakı Amazon meşələrində ilin ilk 8 ayında 83 mindən çox yanğın çıxdığını bildirmişdi.
Yer üzündəki oksigenin 20%-ini təmin edən, "Dünyanın ağciyərləri" olaraq adlandırılan Amazon meşələri ildə 1 milyard tondan çox karbonun "əmilməsini" təmin edir.
Dünyadakı heyvan və bitki növlərinin də 10%-nin yaşadığı Amazon meşələri, 8 Cənub Amerika ölkəsində yaşayan 400-dən çox yerli qəbiləyə də ev sahibliyi edir.
Braziliyada 2019-da 730 min yanğın çağırışı
"Global Forest Watch" saytına görə də, Amazon meşələrinin 60%-nə ev sahibliyi edən Braziliyada bu il 1 Yanvardan 28 Avqusta qədər 730 mindən çox yanğın çağırışı verilib.
Yanğın həyəcanlarının yalnız 5%-i əl dəyməmiş meşəlik sahələri əhatə edərkən, çağırışların 29%-nin mədən sahələrinin olduğu meşəlik ərazilər üçün verilməsi diqqəti çəkir.
Amazon meşəsinin məhv edilməsinə Bolsonaro təsiri
Bəzi vətəndaş cəmiyyəti təşkilatları, Amazondakı ağacların kəsilməsinin artmasına, Braziliya Prezidenti Jair Bolsonaro hökumətinin qeyri-qanuni əkinçilik və mədənçiliklə mübarizəni azaltmasını, cərimələrə və digər tədbirlərə laqeyd yanaşmasının rol oynadığını bildirirlər.
Bolsonaro, prezident seçkisindən əvvəl Amazonun qorunmasının ölkə iqtisadiyyatının inkişafına mane olduğunu bildirərək, bu sahəni istifadəyə açmaq sözü vermişdi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























