Debitor borcu banka ötürüb nağd vəsaitin əldə edilməsi artıb
Şirkətlər nisyə satdıqları mallara görə ödənişin (debitor borcları) tələb edilməsi hüququnu banklara ötürərək daha tez nağd vəsait əldə edirlər.
Azərbaycanda akkreditivlər, faktorinq əməliyyatları və zəmanətlər üzrə kredit qoyuluşarının həcmləri açıqlanıb.
“Marja” Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində akkreditivlərin cəmi məbləği 13.7 milyon manat azalaraq 30 Sentyabr 2019-cu il tarixində 27,8 milyon manat təşkil edib. Ötən ilin sonunda akkreditivlərin cəmi məbləği 41,5 milyon manat idi.
9 ay ərzində zəmanətlər üzrə kredit qoyuluşarının cəmi məbləği isə təxminən 2 dəfə artaraq 1,7 milyon manata yüksəlib. Ötən ilin sonunda zəmanətlər üzrə kredit qoyuluşarı 0,8 milyon manat təşkil etmişdi.
Ötən ilin sonu ilə müqayisədə cari ilin 9 ayı ərzində faktorinq əməliyyatları ilə kredit qoyuluşarının cəmi məbləği isə 7.2 milyon manat artaraq 30 Sentyabr 2019-cu il tarixində 34,9 milyon manat təşkil edib. Son illər faktorinq əməliyyatları ilə cəmi kredit qoyuluşarı 4-6 dəfə artıb. 2015-2017-ci ilərdə faktorinq əməliyyatları ilə kredit qoyuluşarı 5-9 milyon manat səviyyələrində idi.
Faktorinq - hüquqi şəxslərin və fərdi sahibkarların (satıcının) dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyələşdirilməsi məqsədilə alıcılara (borclulara) qarşı pul tələbi hüququnun (debitor borclarının) banka (faktor) ötürülməsidir. Bu zaman bank satıcıya malının dəyərinin 90%-dək hissəsini ödəyir və ayırdığı bu vəsaiti alıcıdan tələb edir.
Müasir dünyada şirkətlər arasında əməkdaşlıq və ticarət əlaqələri geniş yayılıb. Faktorinq xidmətindən istifadə sayəsində təchizatçı (satıcı) satdığı məhsul və göstərdiyi xidmətlər üçün hesab faktura üzrə ödənişi bankdan tez bir zamanda alır, Alıcı isə məhsul və xidmətin haqqını razılaşdırılmış vaxtda banka ödəyir. Beləliklə, həm təchizatçı, həm də alıcı dövriyyə kapitalını lazımi səviyyədə saxlayır və gündəlik biznesini maliyyə çətinliyi çəkmədən davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 37 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















