Türkiyədə otel qiymətlərində artım davam edib
Yay mövsümünün ardından Türkiyədə otel doluluğu və qiymətlərdəki artım davam edib.
Avqust ayının ardından doluluq nisbətlərindəki artım sürəti yavaşlasa da yüksəliş sentyabr ayında da davam edib.
"Marja" xəbər verir ki, qlobal məlumat və analiz şirkəti STR-in Türkiyə Otelçilər Birliyi (TÜROB) üçün hazırladığı hesabata görə, "Average Daily Rate (ADR)" olaraq adlandırılan gündəlik satılan otaq qiyməti keçən ilin eyni ayı ilə müqayisədə 11,1% artımla orta hesabla 84,4 avroya yüksəlib.
Cəmi otaq sayı üzərindən otaq başına əldə edilən gəlirlər (RevPAR) isə 17,6% artımla 63,1 avro təşkil edib.
2019-cu ilin Sentyabr ayında Türkiyədə otel doluluğu nisbəti, 2018-ci ilin eyni ayı ilə müqayisədə 5,8% artaraq 74,9% təşkil edib.
2019-cu ilin Yanvar-Sentyabr dövründə də keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyə daxilində ortalama doluluq nisbəti 2,1% artımla 68,1%, ortalama otaq qiyməti 11,4% artımla 80,1 avro, otaq gəlirləri isə 13,8% artımla 54,5 avro təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























