“Unibank” 67 milyon manata yaxın mənfəət açıqladı
“Unibank” KB ASC 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.
“Unibank”ın yaydığı məlumatda bildirilir ki, 30 sentyabr 2019-cu il tarixə bankın əldə etdiyi mənfəət 66,8 milyon manat təşkil edib. Bu ilin 9 ayının nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 46 milyon manat olub.
İlin əvvəlindən bu yana bankın aktivlərinın həcmində 93 milyon manat - 13% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 789 milyon manat təşkil edib. 9 ay ərzində məcmu kapitalın həcmi də çoxalıb. Məcmu kapitalın həcmi 30% artaraq 82, 3 milyon manata çatıb.
Hesabat dövrünə “Unibank”da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. 2019-ci ilin 3-cü rübündə də bankda aktiv kreditləşmə müşahidə olunub. İlin ilk 9 ayının nəticələrinə görə, ümumi kredit portfeli 25 milyon manat, yəni 5%-dək artıb. Bununla da ümumi kredit portfeli 492,9 milyon manat olub. Bank tərəfindən real sektorun kreditləşdirilməsində də artım var. Artım həm kiçik, orta sahibkarlığın maliyyələşdirilməsi, həm də mikrokreditləşmə üzrə baş verib.
Ölkə bankçılıq tarixində ilk dəfə olaraq biznes kreditlərinin onlayn verilməsini həyata keçirən "Unibank", kreditin dəqiqələr ərzində və banka gəlmədən əldə edilməsini təmin etməklə, sahibkarlara dəstəyini bir qədər də artırıb. Təkcə onlayn formada ayrılan kreditlərin sayı son 1 il ərzində 100-ü keçib. Yaxın aylar ərzində Unibank real sektorun kreditləşməsinin xeyli hissəsini onlayn formada həyata keçirməyi planlaşdırır.
“Unibank”ın depozit portfeli də 9 ay ərzində böyüyüb. 30 sentyabr 2019-cu il tarixinə müddətli əmanətlər üzrə depozit portfelinin artımı 17%-i ötüb. Həmin tarixə depozit portfelinin həcmi 340 milyon manata çatıb.
Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində ən aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin əvvəlindən 30 sentyabr tarixinədək təkcə debet kartların sayında 21% artım qeydə alınıb.
Sosial layihələr bu il ərzində də “Unibank”ın diqqət mərkəzində olub. Bank 2020-ci ilədək Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz “Unibank”ın dəstək verdiyi paralimpiya komandası tərəfindən qazanılıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























