Səhmdarları “Holcim Azərbaycan”a “müharibə” elan etdilər
Azərbaycanlı səhmdarlar İsveçrə səfirliyinin qarşısında "dividend aksiyası" keçirəcəklər
"Holcim Azərbaycan" ASC-nin dividend və səhmlərin baha qiymətə alınmasını tələb edən fiziki şəxs səhmdarları, şirkətinin Baş Direktoru Frederic Guimbal ilə apardıqları danışıqlar nəticəsiz qaldıqdan sonra növbəti addımı atmağa hazırlaşırlar.
“Marja”nın xəbər verdiyi kimi, 4 fəal səhmdar digər səhmdarların adından "Holcim Azərbaycan" ASC ilə danışıqlar aparırdı. Səhmdarların hüquqlarını müdafiə edənlər bir neçə dəfə "Holcim Azərbaycan" ASC-nin Baş direktoru Frederic Guimbal ilə görüşüblər. Verilən məlumata görə, Baş direktor səhmdarların növbədənkənar yığıncaq çağırılması təklifini qəbul etməyib və 2020-ci ildə keçiriləcək Ümumi Yığıncağı gözləməyi məsləhət görüb. Gələn il də dividendin ödənilib-ödənilməyəcəyi sual altındadır.
Fəal səhmdarlar danışıqları dayandırıb, “Holcim Azərbaycan” ASC-yə “müharibə” elan etdiklərini açıqlayıblar.

"Holcim Azərbaycan" ASC-nin Baş direktoru Frederic Guimbal
“Marja”nın əldə etdiyi məlumata görə, "Holcim Azərbaycan" ASC-dən müsbət cavab ala bilməyən səhmdarlar Noyabrın 6-da İsveçrənin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyi nəzərdə tuturlar. Qeyd edək ki, “Holcim Azərbaycan”ın ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir.
"Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarlarının əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırlar.
İlk öncə səhmdarlar 186 səhmdən ibarət 1 səhm paketinin minimum 100 min manata alınmasını tələb edirdilər. Qeyri-rəsmi şəkildə səhmdarlara bildirildi ki, 1 səhm paketii 10 min manata alına bilər. Səhmdarların çoxu bu qiymət ilə razılaşmırlar. Birjada alış qiyməti 5400 manat olan səhm paketinin 100 min manata alınmasının qeyri-real olduğunu başa düşən səhmdarlar indi daha çox dividend ödənilməsini tələb edirlər.
“Holcim Azərbaycan”ın 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəəti var və 10 ildən artıqdır səhmdarlara dividend ödənilmir. Dividendin ödənilməməsinə zavodun borcu olması göstərilir.
“Holcim Azərbaycan” şirkəti Qaradağ Sement Zavodunun sahibidir. Zavod illik 1,9 milyon ton sement istehsalı gücünə malikdir.
2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan cəmi gəlirləri 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” ASC 2017-ci ili 1 milyon 759 min manat, 2018-ci ili isə 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub.
Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda "Holcim Azərbaycan" ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) alış qiyməti 5394 manatdır.
“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
16 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 17 saat əvvəl
-
18 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
18 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
18 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
18 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir

















.jpg)




