Mərkəzi Bankın pilot layihəsinə ciddi maraq
09-11 oktyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində təşkil olunan “Finopolis 2019” forumunda Azərbaycan Mərkəzi Bankının pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi dəyirmi masa arxasında müzakirə edilib.
Bu barədə Mərkəzi Bankdan bildirilib.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir:
“Rusiya Mərkəzi Bankı tərəfindən keçirilən ölkənin ən böyük innovativ maliyyə texnologiyaları tədbiri hesab olunan “Finopolis 2019”un əsas məqsədi ölkənin maliyyə və bank sektorunun rəqəmsallaşması fonunda innovativ texnologiyaların tətbiqinin təşviqi və dəstəklənməsindən ibarətdir. Forumda müxtəlif ölkələrdən 130-dan çox məruzəçi, innovativ maliyyə texnologiyaları üzrə 1400-dən artıq ekspertlər iştirak etmiş və geniş fikir mübadiləsi aparılmışlar.
Forumda Türkiyə, Rusiya, Çin və Qazaxıstan mərkəzi banklarının maliyyə texnologiyaları sahəsində innovativ layihələri və bu sahədə gələcək planları müzakirə edilmişdir. Həmçinin, Rusiyada fəaliyyət göstərən banklar, “startap”lar və maliyyə bazarının texnoloji şirkətləri tərəfindən tətbiq edilən maliyyə texnologiyaları və layihələri haqqında təqdimatlar keçirilmişdir.
Rusiya Mərkəzi Bankı və Rusiya Maliyyə Texnologiyaları Assosiasiyasının dəvətilə tədbirdə spiker qismində iştirak edən Azərbaycan Mərkəzi Bankının nümayəndəsi ölkə Prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumatı auditoriyanın diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, adıçəkilən layihənin realizasiyası nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin olunacaqdır.
Forum iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri Mərkəzi Banka səfər arzusunda olduqlarını, o cümlədən paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildirmişlər”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















