“Ziraat”ın Azərbaycanda vəziyyəti necədir?
Azərbaycanda fəaliyyət göstərən banklar 2019-cu ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlamağa başlayıblar.
9 aylıq maliyyə göstəricilərini ilk açıqlayan kredit təşkilatı “Ziraat Bank Azərbaycan” ASC oldu.
Bəs “Ziraat Bank Azərbaycan”nın durumu necədir?
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, “Ziraat Bank Azərbaycan”ın müştərilərə verdiyi kreditlər artıb. Verilən kreditlər ilə bərabər Bankın faiz gəlirlərində də artım müşahidə olunur. Bankın, ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılan ehtiyata ayırmasının azalması da gecikmədə olan kreditlərin azaldığına işarədir.
2019-cu ilin 9 ayı ərzində “Ziraat Bank Azərbaycan”ın müştərilərə verdiyi kreditlər 25 milyon 105 min manat artaraq 30 Sentyabr 2019-cu il tarixində 130 milyon 593 min manata çatıb. Xalis kreditlər isə 24 milyon 740 min manat artaraq 127 milyon 173 min manata yüksəlib.
2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr dövründə) “Ziraat Bank Azərbaycan”ın müştərilərə verdiyi kreditlər 9 milyon 477 min manat, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər (xalis kreditlər) isə 9 milyon 441 min manat artıb.
Azərbaycanda bankların gəlirlərinin böyük hissəsinin müştərilərə verilən kreditlər hesabına formalaşdığını nəzərə alsaq “Ziraat Bank Azərbaycan”ın kredit portfelinin artması Bank üçün çox müsbət haldır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Müştərilərə verilən kreditlərin artması faiz gəlirlərində müsbət əks olunur. Belə ki, “Ziraat Bank Azərbaycan” ASC-nin faiz gəlirləri ötən ilin 9 ayında 9 milyon 596 min manat ikən, cari ilin 9 ayında 13 milyon 18 min manat təşkil edib (35,7% artım).
2019-cu ilin yanvar-sentyabr dövründə “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi gəlirləri (faiz və qeyri-faiz) 15 milyon 780 min manat, cəmi xərcləri (faiz və qeyri-faiz) isə 11 milyon 842 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi gəlirləri 13 milyon 63 min manat, cəmi xərcləri isə 8 milyon 705 min manat təşkil etmişdi.
XALİS MƏNFƏƏTİ KƏSKİN ARTIB
“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü 3 milyon 8 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 604 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti təxminən 1,9 dəfə artıb. Mənfəətin artmasına kredit və depozit itkiləri üçün ehtiyata ayırmanın azalması da təsir göstərib.
Bank bu ilin 9 ayı ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 843.8 min manat ayırıb. Ötən ilin eyni dövründə bu məbləğ 2 milyon 516 min manat idi.
BANK BÖYÜYÜB
“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin 3-cü rübündə böyüyüb. 30 İyun 2019-cu il tarixində 194 milyon 159 min manat təşkil etmiş cəmi aktivlər 30 Sentyabr 2019-cu il tarixində 227 milyon 811 min manata çatıb.
“Ziraat Bank Azərbaycan” ASC-nin cəmi kapitalında da artım müşahidə olunur. Son rübdə cəmi kapital 1 milyon 436 min manat artaraq 70 milyon 868 min manata qalxıb.
“Ziraat Bank Azərbaycan” ASC-də əhalinin əmanətləri də artıb.
2019-cu ilin 9 ayı ərzində “Ziraat Bank Azərbaycan”da fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 3 milyon 251 min manat artaraq 42 milyon 500 min manata çatıb. Ötən ilin sonunda fiziki şəxslərin müddətli depozitləri 39 milyon 249 min manat təşkil etmişdi.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları "T.C.Ziraat Bankası Anonim Şirkəti" (99.98%), "Ziraat Sigorta Anonim Şirkəti" (0.01%) və "Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti"dir (0.01%).
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
- 25 d. əvvəl
-
56 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)





.jpg)






