"Moody's" Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarını müqayisə edib
Azərbaycan iqtisadiyyatı Qazaxıstanla müqayisədə neft qiymətlərinin düşməsinə daha həssasdır.
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin 2 ölkənin iqtisadi həssaslığı, institutları və borc yükünün müqayisəsi ilə bağlı hazırladığı hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, Azərbaycan və Qazaxıstan 2014-cü ildə başlayan neft qiymətlərinin düşməsindən eyni dərəcədə mənfi təsirə məruz qalıb. Hər iki ölkədə ikirəqəmli inflyasiya, valyuta ehtiyatlarının azalması, bank sektorunun zəifləməsi baş verib.
Buna baxmayaraq, Qazaxıstan Azərbaycanla müqayisədə daha geniş iqtisadi diversifikasiya və daha aşağı borc yükünə sahib ölkə kimi qiymətləndirilir.
"Moody's" hər iki ölkənin iqtisadi artımının və gəlirlərinin karbohidrjgen ixracına birbaşa bağlı olduğunu vurğulayır. Amma, Azərbaycan iqtisadiyyatının Qazaxıstanla müqayisədə 3,5 dəfə kiçik, ehtiyatlarının isə 2 dəfə az olması səbəbindən aşağı neft qiymətlərinə də daha həssas olduğu bildirilir. Həmçinin, Qazaxıstanın Azərbaycana nisbətən biznes mühitinin inkişafı və struktur islahatlarının aparılmasında daha çox addım atdığı qeyd olunur. Agentlik müqayisə üçün bildirir ki, əgər Azərbaycanın 2015-ci ildə neft-qaz ixracı məcmu ixracın 89%-ni, nominal ÜDM-in 26%-ni, gəlirlərin 60-70%-in təşkil etmişdirsə, Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 76%, 18% və 42% olub.
"Moody's" Qazaxıstanda mövcud qurumların daha effektiv siyasət həyata keçirdiyini, məlumat bazasını yayımladığını, bununla da şəffaflığı artırdıqlarını xatırladıb.
Həmçinin, Azərbaycanın daha çox borca, lakin kifayət qədər fiskal rahatlığa sahib olduğu bildirilir. Azərbaycanın borcunun ÜDM-də xüsusi çəkisinin son 2 ildə bank sektoruna birbaşa dəstək verməsi səbəbindən 30%-ə yüksəldiyi qeyd olunub. Qazaxıstanda isə bu göstərici 10 faiz bəndindən az artıb.
Hər iki ölkədə bank sektorunda problemlər var və onlara "Moody's" tərəfindən verilən proqnoz mənfi kimi qiymətləndirilib. Problemli kreditlərin həcmi 2016-cı ilin yekununda Azərbaycanda 25%, Qazaxıstanda isə 37% təşkil edib.
"Moody's" Qazaxıstan iqtisadiyyatının 2017-2018-cu illərdə müvafiq olaraq 2,5% və 2,6%, Azərbaycanda isə 1,1% və 1,9% artacağını proqnozlaşdırır.
©Report
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 saat sonra
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
1 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq Bankdan 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb




















