Bu ünvanlardakı yeni binaların mənzillərinə "kupça" veriləcək - TARİXLƏR
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq istismara icazə verilən binaların sakinlərindən mənzillərini dövlət reyestrində qeydiyyata almaq üçün Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20) müraciət etmələri xahiş olunur. MTK tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi tələb edilir".
"Marja" xəbər verir ki, bu, Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, 23-27 sentyabr tarixlərində müəyyən edilmiş qrafik əsasında “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək. Qeyd edək ki, bu həftə istismarına icazə verilən 5 bina üzrə keçirilən kampaniya 972 mənzili əhatə edəcək.
Kampaniya Binəqədi rayonu üzrə sentyabrın 23-ü Mir Cəlal küçəsi 121A ünvanındakı 15 mərtəbəli 279 mənzilli, 24-ü tarixində isə Ə.Naxçıvani 3068 məhəllədəki 16 mərtəbəli, 465 mənzilli binada keçiriləcək. Mənzillərin səyyar qeydiyyatı xidmətlərindən 25 sentyabr tarixində Yasamal rayonu, Ə.Əhmədov 28p ünvanındakı 11 mərtəbəli, 110 mənzilli binanın, 26 sentyabrda Nizami rayonu, Elşən Süleymanov 2383 ünvanında 10 mərtəbəli, 98 mənzilli binanın, 27 sentyabrda isə Səbail rayonu, B.Sərdarov küçəsi, ev 16 ünvanında yerləşən binanın sakinləri yararlanacaq.
Vətəndaşlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləğini onlayn qaydada öyrənə bilər. Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindən ünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar ofisə yaxınlaşa bilər.
Müştərilərin xəbərləri
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 57 san. əvvəl
- 40 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
-
1 saat əvvəl
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Silk Way” ixracında böyük sıçrayış: 21 min dollardan 28,5 milyon dollara
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rəsmi məzənnələr açıqlandı
“Azəralüminium”un ixracı 50% artıb
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
Ötən ilin əvvəlində ixracları sıfır səviyyədə olan 2 şirkət bu il milyonlarla dollarlıq ixrac ilə ilk onluğa daxil olublar
Ən çox oxunanlar
Bu şirkətin ixracı 21 milyon dolları keçib
Aqrar şirkətin ixracı 28% artıb
“AGRARCO” ixracını 3 dəfədən çox artırıb
“Baku Steel Company”nin ixracı 60% artıb
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfədən çox artıb























