Millət vəkili 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub - YENİLƏNİB
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.
Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.
Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.
Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
"Deyir ki, 3 milyon verib deputat olmuşam..."
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov deputat vəsiqəsini borca görə girov qoyub.
Məsələ ilə bağı Təranə Fətəliyeva idanışıb. İddiaçı deyib ki, onun deputatla qohumluq münasibətləri var. Təranə Fətəliyeva həmçinin qeyd edib ki, 300 min ABŞ dolları tək onun deyil:
“Biz Binəqədidə ev almışdıq. Rəfael Cəbrayılov dedi ki, həmin evləri satın, pulunu verin mənə. Tikinti biznesilə məşğul olduğunu deyərək bizi də bu işə cəlb etmək istədiyini dedi. Biz də evləri satdıq, qardaşım iki qarajını satdı, bir neçə nəfərdən pul toplayıb verdik Rəfael Cəbrayılova. O, Binəqədidə Gənclər Şəhərciyində binalar tikirdi. Qardaşı da onunla bu biznesə şərikdir. Biz buna görə inandıq.
Lakin sonradan bizə məlum oldu ki, o bizi aldadıb. Həmçinin borcu almaq üçün onun qapısına gedəndə gördüm ki, bizim kimi başqa adamlar da var”.
Onun sözlərinə görə, Rəfael Cəbrayılov yaxın qohumundan da 300 min manat alıb. Həmin pul da indiyə qədər qaytarılmayıb. “Borc üçün gedəndə bizi təhqir edir. Ölkə rəhbərliyinin adını hallandırır. Deyir evləri onlara vermişəm, gedin onlardan tələb edin. Biz deyirik axı pulu sənə vermişik. Neçə nəfər adam böyük məbləğlərdə pul verib ona. O, isə deyir mən 3 milyon verib deputat olmuşam, siz mənim karyerama zərbə vurursunuz”,- deyə Təranə Fətəliyeva bildirib.
İddiaçı Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasından da danışıb: “Vəsiqənin biri məndə, biri də rəfiqəmdədir. III və IV çağırışı deputat vəsiqələrinin əslidir. Vəsiqələri zəmanət kimi qoymuşdu”.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report", “Yeni Sabah”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
13 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
13 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
13 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
14 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
14 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
14 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























